Volkan Dəmirəl üzr istədi

volkan-demirel-uzr-istedi
Oxunma sayı: 1410

İntizamsızlıq etdiyinə görə “Fənərbaxça”dan uzaqlaşdırılan Volkan Dəmirəl klub tərəfindən bağışlanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə  İstanbul klubunun rəsmi saytı məlumat yayıb. 

Vitse-prezidenti Semih Özsoya qarşı qeyri-etik davranışından dolayı əvəzedici heyətə göndərilən təcrübəli qolkiper bu gün keçirdiyi mətbuat konfransında başda prezident Ali Koç olmaqla, bütün “Fənərbaxça” camiəsindən  üzr istəyib:

“Prezidentimiz başda olmaqla hər kəsdən üzr istəyirəm. Mən “Fənərbaxça”ı olaraq doğuldum və bura bağlıyam”.

Qeyd edək ki, V. Dəmirəl 2002-ci ildən şərəfini qoruduğu “sarı-lacivərtli” klubda ümumilikdə 495 oyuna çıxıb.