“Fənərbağça”nın qapıçısı Volkan Dəmirəl təklif aldığı klubların adını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, 36 yaşlı qolkiperin xidmətində Azərbaycan çempionu “Qarabağ” da maraqlı olub.
Təcrübəli qapıçı təkliflər alsa da, “Fənərbaxça”dan ayrılmaq niyyətində deyil. O, 40 yaşına qədər “sarı-bülbüllər”in uğurları üçün çalışmaq istəyir:
“Hələlik “Fənərbağça”ya lazımam və burada qalmağa çalışacağam. 40 yaşımda futbolla vidalaşmağı planlaşdırıram. İndiyə qədər bir neçə klubdan təklif alsam da, “yox” cavabı vermişəm. “Mançester Siti”, “Monako”, “Milan”, “Suonsi Siti”, “Aston Villa”, “Hamburq”, “Atletiko” və “Qarabağ” müxtəlif illərdə məni transfer etmək istəyib”.
Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü 2002-ci ildən “Fənərbaxça”da çıxış edir. “Kartalspor”un yetirməsi İstanbul nəhənginin heyətində 500-dən çox oyun keçirib.
Son xəbərlər
Son Xəbərlər