Volkswagen Azərbaycan Mərkəzi Yeni il endirimləri elan edir!

volkswagen-azerbaycan-merkezi-yeni-il-endirimleri-elan-edir
Oxunma sayı: 2430

Dünyanın ən böyük avtomobil markası olan Volkswagen-in Azərbaycandakı təmsilçiliyi öz müştərilərini yenə sevindirməyə hazırdı. Yeni ilin endirim fürsətlərindən yararlanmağa tələsin!

Kompakt quruluşu və incə dizaynı ilə seçilən Polo. Rahatlığı ilə sözünü deyən bu modeli artıq 29 900 AZN yox, cəmi 28 500 AZN-dən başlayan qiymətlərlə əldə edə bilərsiz.

Yenilənmiş Tiguan, SUV sinifində ən etibarlı və təhlükəsiz avtomobillərindən biridir. Ailənizlə səyahətlərə hazır olun, çünki Tiguan uzun yollarda etibarlı həmkarınızdır.. 56 900 AZN yox, 53 900 AZN-dən başlayan qiymətlərlə bu avtomobilin sahibi olmaq fürsətini əldən qaçırmayın.

Özəlliyin nümunəsi deyiləndə isə Azərbaycanda ilk dəfə nümayiş olunan Volkswagenin tam yeni modeli Taos nəzərdə tutulur. Parlaq rəngləri ilə Taos ilə seçilmək çox asandır. Taos-un qiyməti isə artıq 49 900 AZN yox, cəmi 46 900 AZN-dən başlayır.

Nəzərinizə çatdıraq ki, Volkswagenin artıq bütün modellərini eyni zamanda sərfəli kredit və lizinq şərtləri ilə də əldə edə bilərsiz. Illik faiz dərəcəsi 16%-dən başlayır və 5 ilədək müddətə uzadıla bilər.

Yeni qiymətlər:

Polo Respect: 29,900 -> 28,500 AZN

Polo Status: 31,900 AZN -> 30,500 AZN

Polo Exclusive: 34,900 AZN -> 33,900 AZN

Taos Respect: 49,900 AZN -> 46,900 AZN

Taos Status: 52,900 AZN -> 49,900 AZN

Taos Status Plus: 56,900 AZN -> 53,900 AZN

Tiguan Respect: 56,900 AZN -> 53,900 AZN

Tiguan Status: 65,900 AZN -> 62,900 AZN

Tiguan Exclusive: 75,900 AZN -> 73,900 AZN

Volkswagen Azərbaycan Mərkəzi hər gün xidmətinizdədir. Avtosalon həftə içi saat 10:00-dan 19:00-a və həftəsonları 10:00-dan 18:00-a kimi, Rəsmi Servis isə bazar günü istisna olmaqla hər gün 9:00-dan 18:00-a qədər fəaliyyət göstərir. Volkswagen-in Azərbaycandakı fəaliyyəti və aktual kampaniyalar barədə www.volkswagenauto.az saytında məlumat əldə edə, yaxud *0999 vahid çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Sizi yeni avtosalonumuzda gözləyirik.

Yeni İliniz mübarək olsun!