Voloçkova təyyarədə dava saldı - Video

volockova-teyyarede-dava-saldi
Oxunma sayı: 3520

Rusiyanın Əməkdar artisti, balerina Anastasiya Voloçkova təyyarədə dava salıb.

“Qafqazinfo” “StarHit”ə istinadən xəbər verir ki, buna səbəb aviaşirkət əməkdaşlarının tələbinə baxmayaraq, onun tibbi maska taxmaq istəməməsi olub.

Aviaşirkət əməkdaşları Anastasiyanı sakitləşdirməyə çalışsalar da, o, qışqırmağa davam edib və baş verənləri lentə alıb. Nəticədə Moskvada polis əməkdaşları Voloçkovanı saxlayıb. Hüquq-mühafizə orqanları əməkdaşları qanun pozuntusunu qeydə alıblar. İndi balerina, çox güman, cərimə ödəməli olacaq.

Nəşr yazır ki, Voloçkovanın özü hadisəni şərh etməyib, lakin pərəstişkarları əmindir ki, ulduz bu məsələni diqqətsiz qoymayacaq və həmişəki kimi sonadək gedəcək. Belə görünür ki, baş verənlər məhkəmədə həllini tapacaq.

Qeyd edək ki, həmin təyyarə ilə Voloçkova və sevgilisi Maldiv istirahətindən qayıdırdı.