Volqoqradda Şaxta Babayla qonaqlar dalaşdı - Video

volqoqradda-saxta-babayla-qonaqlar-dalasdi
Oxunma sayı: 2205

Rusiyanın Volqoqrad vilayətində Yeni İl şənliyində dava düşüb. 

“Qafqazinfo”nun RİA Novosti-yə istinadən məlumatına görə, hadisə animatorlarla yerli sakinlər arasında yaşanıb. 

Əvvəlcə bir gənclə Şaxta Baba rolunu oynayan şəxslər arasında başlayan münaqişəyə sonradan digərləri də qoşulub. Şaxta Baba kimi çıxış edən şəxslərdən biri mikrofon vasitəsilə meydana polisləri dəvət edib və davanı sakitləşdirməyə çalışıb.

Kütləvi hal alan davaya polislər müdaxilə ediblər, daha sonra şənlik davam edib.