Qırğızıstanın keçmiş baş prokuroru Aida Salyanova həbs edilib.
“Qafqazinfo” Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, o, qanunsuz olaraq kriminal avtoritet Əziz Batukayevi azadlığa buraxmaqda ittiham olunur. Bu iş üzrə, həmçinin, keçmiş baş nazir müavini Şamil Ataxanov, keçmiş səhiyyə naziri Dinara Saqinbayeva da saxlanılmışdı. Onlara qarşı korrupsiya, saxta sənəd düzəltmə maddələri üzrə ittiham irəli sürülüb.
Xatırladaq ki, Batukayev 2006-cı ildə Bişkek həbsxanasında qiyam təşkil etdiyi üçün 18 il 8 ay həbsə məhkum edilsə də, tibbi komissiya onun haqqında qan xərçənginin axrıncı stadiyası diaqnozu qoyaraq azadlığa buraxılmasına nail olmuşdu. “Vor zakon”isə yeni şəxsiyyət vəsiqəsi ilə ölkəni tərk edərək Çeçenistana qaçmşdı. Daha sonra istintaq zamanı Batukayevin bilərəkdən yüksək çinli məmurların köməyi ilə azadlığa çıxdığı məlum olmuşdu.
Son xəbərlər
Son Xəbərlər