Rostov-na-Donu və Moskva şəhərlərinin arasındakı ən böyük yaşayış məntəqəsi olan Voronej şəhərindəki neft bazası partladılıb.
"Qafqazinfo" xəbər verir ki, bazanın partladılması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Bildirilib ki, neft anbarı aviasiya zərbəsi nəticəsində sıradan çıxarılıb.
Neft anbarının hansı məqsədlə və hansı qüvvələr tərəfindən partladılması hələlik açıqlanmayıb.
Qeyd edək ki, hazırda Rusiyada "Vaqner" özəl hərbi şirkəti ilə hökümət qüvvələri arasında gərgin vəziyyət davam edir.

Son xəbərlər
Son Xəbərlər