“Vosmoy” səliqəyə salınır - Video

vosmoy-seliqeye-salinir-
Oxunma sayı: 2927

Nizami rayonunda yerləşən "8-ci km bazarı"adlanan ərazidə səliqə-səhman yaradılması məqsədilə bəzi ticarət köşkləri yığışdırılıb.

“Qafqazinfo” ATV-yə istinadən xəbər verir ki, məqsəd həmin ərazinin səliqəyə salınması və gediş-gəlişi asanlaşdırmaqdır. Köşklərdən təmizlənən ərazi 600 kvadrat metri əhatə edir. Nizami rayon Mənzil-Kommunal Təsərrufat birliyinin baş mühəndisi də deyir ki, həmin bazarda küçə ticarəti antisanitar vəziyyət yaratmışdı.