VTB (Azərbaycan) debet-kredit kartları üzrə yeni şərtlər tətbiq edib

vtb-azerbaycan-debet-kredit-kartlari-uzre-yeni-sertler-tetbiq-edib
Oxunma sayı: 1136



Belə ki, bankda 5 000 AZN/USD-dən artıq depozit yerləşdirmiş hər bir müştəri pulsuz “VISA Gold” səviyyəli debet-kredit kartı və əmanətin 70 % həcmində kredit xətti əldə edəcək. Həmçinin, depozit məbləği 1 000 - 5 000 AZN/USD olan müştərilərə pulsuz “VISA Classic” səviyyəli debet-kredit kartı veriləcək və kredit xətti açılacaq.

Bank VTB (Azərbaycan) ASC-nin və tərəfdaş bankların bankomat şəbəkəsindən “Depozit kartı” ilə nağd vəsait çıxarılarkən komissiya tutulmur.

Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü, pərakəndə biznesin inkişafı Departamentinin Direktoru İlnur Salyaxov qeyd etmişdir: ““Depozit kartı” məhsulu ilk növbədə ona görə əlverişlidir ki, müştəriyə banka gəlmədən əmanət üzrə hesablanmış faizləri əldə etməyə və əmanətin girovu əsasında kredit xəttindən istifadə etməyə imkan verir. Müvafiq kreditləşmə sxemi müştəriyə əmanət üzrə faizləri itirmədən kreditdən istifadə etməyə şərait yaradır. Həmçinin, Bank VTB (Azərbaycan) ASC-nin kart sahibləri vəsaitlərini güzəştli tariflərlə (əlavə komissiyalar tutulmadan) VTB qrupun Azərbaycan, Rusiya, Gürcüstan və MDB ölkələrində olan bankomat şəbəkəsində nağdılaşdıra bilərlər”.