2013-cü il üzrə xarici şəbəkənin ROE əmsalının 13,8% olduğunu qeyd edən Mixail Yakunin deyib: “Beləliklə, biz 2011-2013-cü illər üzrə müəyyənləşdirilmiş strategiyada 15% məqsədə demək olar ki, çatmışıq”.
VTB-nin böyük vitse-prezidenti qeyd etmişdir ki, 2013-cü ildə və 2014-cü ilin əvvəlində VTB-nin Azərbaycanda olan “törəmə”si 1,1 milyard rubl məbləğində əlavə kapillaşdırılmışdır. Müvafiq dövr üzrə törəmə bankların əlavə kapitallaşmasının ümumi məbləği 3 milyard rubl həcmində olmuşdur. “Gələcəkdə biz ROE-si 15 %-dan yüksək olan bankların əlavə kapitallaşdırlmasını nəzərdə tutmuşuq”, - deyə Mixail Yakunun əlavə edib.
Bankın top-menecerinin sözlərinə görə, yeni strategiya üzrə, VTB-nin xaricdə olan törəmə banklarının hər birinin qarşısında 2016-cı ilədək ROE üzrə 15%-dan artıq göstəriciyə çatmaq məqsədi qoyulmuşdu. Bu zaman məcmu ROE 20% olmalıdır. Həmçinin, törəmə bankların VTB Qrupun miqyasında məcmu gəliri 10-12% çatmalıdır. Habelə, əməliyyat effektivliyinin artırılması, biznes proseslərin optimallaşdırılması və CIR-in azaldılması da nəzərdə tutulub.
Mixail Yakunin nəzərə çatdırmışdır ki, Azərbaycanda olan bank VTB investisiyalaşma mərhələsindədir və bankın pərakəndə şəbəkəsinin genişləndirilməsi planlaşdırılır.
Son xəbərlər
Son Xəbərlər