Serbiya Prezidenti Aleksandr Vuçiç rusiyalı həmkarı Vladimir Putinin dəvətinə baxmayaraq, oktyabrın 22-24-də Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləməyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Moscow Times” məlumat yayıb.
Qeyd olunub ki, Vuçiç bu qərarını həmin vaxt ölkəsinə önəmli qonaqların gələcəyi ilə əlaqələndirib:
“O vaxt xaricdən gələn mühüm qonaqlarımız olacaq”.
Onu da deyək ki, oktyabrda Kazanda yüksək səviyyəli BRICS toplantısı keçiriləcək.
Qeyd edək ki, BRICS 2009-cu ildə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası tərəfindən yaradılıb. Bu ilin əvvəlində Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri də sözügedən qrupa qoşulub.