Vuçiç və partiyası Serbiyada seçkilərdə qalib gəldi - Yenilənib

vucic-ve-partiyasi-serbiyada-seckilerde-qalib-geldi
Oxunma sayı: 2360

Serbiyanın hazırkı Prezidenti Aleksandr Vuçiç ölkədə keçirilən prezident seçkilərinin birinci turunda qalib gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin Respublika Seçki Komissiyası yayıb.

Bülletenlərin 90,71%-nin sayılmasının nəticələrinə əsasən, Vuçiç səslərin 59,55%-ni toplayıb.

İkinci pillədə 17,53% səslə Zdravko Ponoş, üçüncü pillədə isə 5,83% nəticə ilə Miloş Yovanoviç yer alıb.

Xatırladaq ki, Serbiyada prezident seçkiləri aprelin 3-ü keçirilib. 52 yaşlı Vuçiç 2017-ci ilin iyun ayından etibarən Serbiya Prezidenti olaraq çalışıb.

***

Aleksandr Vuçiç prezident seçkilərinin birinci turunda 58,57% səslə qalib gəlib, onun rəhbərlik etdiyi Serb Tərəqqi Partiyası isə parlamentdə ən çox yer qazanıb.

Bu barədə Respublika Seçki Komissiyasının (RSK) rəhbəri Vladimir Dimitrieviç məlumat verib.

RSK-nın məlumatına görə, hazırkı prezident 58,57% səslə qalib gəlib, Baş Qərargahın keçmiş rəhbəri Zdravko Ponos 18,35% səslə ikinci, Miloş Yovanoviç 5,96% səslə üçüncü yerdə qərarlaşıb.