Vulkan 40 il sonra püskürdü - Əhali təxliyyə edildi

vulkan-40-il-sonra-puskurdu
Oxunma sayı: 1839

Papua-Yeni Qvineyanın Kadovar adasında vulkan püskürüb

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, təbii hadisədən sonra adada yaşayan 600 nəfər təxliyyə edilib.

Vulkanın sonuncu dəfə 40 il bundan əvvəl püskürdüyü bildirilir.

Təbii hadisə zamanı ölən və xəsarət alan olmayıb.