Qvatemalanın Mülki Müdafiə Xidməti Fueqo vulkanının püskürmə ehtimalı səbəbindən 300-dən çox insanı təxliyyə edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “EFE” agentliyi məlumat yayıb.
Eskuintla, Çimantenanqlo və Sakatepekez bələdiyyələrində narıncı təhlükə səviyyəsi elan edilib. Artıq Eskuintlanın Santa-Lusiya-Kotsumalquapa rayonundan təqribən 330 sakin köçürülüb.
Qeyd edək ki, Fueqo ölkənin üç aktiv vulkanından biridir. Vulkan sonuncu dəfə cari ilin fevralında püskürüb.
Son xəbərlər
Son Xəbərlər