“Vulverhempton” Renat Dadaşovu göndərir

vulverhempton-renat-dadasovu-gonderir
Oxunma sayı: 1360

İngiltərənin “Vulverhempton” klubu Azərbaycan millisinin üzvü Renat Dadaşovu komandadan göndərməyə hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, Premyer Liqa təmsilçisi futbolçunu icarəyə vermək niyyətindədir.

Bildirilir ki,  klub rəhbərliyi heyətə düşməkdə çətinlik çəkən yığmamızın forvardını inkişaf etmək üçün başqa kluba verəcək. 

Səbəb kimi isə əsas heyətdə Raul Ximenes kimi forvardın olması göstərilir. 21 yaşlı futbolçumuz mövsümün sonunda yenidən “Vulverhempton”a qayıda bilər.