Vüqar Abbasov Türkiyənin Naxçıvandakı Konsulluğunda olub

vuqar-abbasov-turkiyenin-naxcivandaki-konsullugunda-olub
Oxunma sayı: 3604

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri və “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının təsisçisi Vüqar Abbasov fevralın 10-da Türkiyənin Naxçıvandakı Konsulluğunda olub.

“Qafqazinfo” xəbər verir ki, V.Abbasov konsul Asip Kaya ilə görüşərək Türkiyədəki son durumla bağlı məlumat alıb və Naxçıvan sahibkarlarının dəstək imkanlarını müzakirə edib. 

Sədr konsulluqda zəlzələ qurbanlarının xatirəsinə yaradılmış güşəni ziyarət edib, önünə gül qoyub və zəlzələdə həlak olanların əziz xatirəsini yad edib.  O,  matəm kitabında başsağlığı və ürək sözlərini yazıb.