Vüqar Bayramovdan manat- - Açıqlaması

vuqar-bayramovdan-manat-
Oxunma sayı: 3037


Onun sözlərinə görə, ötən həftə möhkəmlənən manat dünən cüzi dəyər itirib: “Bu isə Mərkəzi Bankın milli valyutanı mərhələli möhkəmləndiricəyi ilə bağlı gözləntiləri müəyyən qədər səngitdi. Milli valyutanın son zamanlar dəyişən məzənnəsi göstərir ki, Mərkəzi Bank hələlik özü üçün müəyyənləşdirdiyi dəhliz çərçivəsində dəyişəcək. Bununla da, manatın məzənnəsinin necə dəyişəcəyi barədə konkret fikir formalaşmasına əsas yaratmayacaq. Əslində, hal-hazırda manatın məzənnəsinin möhkəmlənməsinə iqtisadi baxımdan əsas olmamaqla yanaşı, onun kursunun kəskin ucuzlaşmasına sosial aspektdən lüzum da yoxdur. Belə görünür ki, neftin dünya bazar qiymətinə və eləcə də ticarət üzrə əsas tərəfdaş ölkələrdəki milli valyutalardakı məzənnə dəyişikliyinə uyğun olaraq manatın kursu müəyyənləşəcək. Hələliksə baş bankda xirda korrektələrlə mövcud məzənnəni qoruyub saxlamağa çalışacaqları gözlənilir. Strateji baxımdan isə, manatın məzənnəsi ölkəyə daxil olan valyuta kütləsindən asılı olacaq. Neftin dünya bazar qiymətinin hər barel üçün 70 dolları örtəcəyi və həmin intervalda stabilləşəcəyi halda manat rahat nəfəs ala biləcək”.