Vüqar Əhmədov Ağcabədidə vətəndaşları qəbul etdi - Fotolar

vuqar-ehmedov-agcabedide-vetendaslari-qebul-etdi
Oxunma sayı: 3511

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağcabədi və Zərdab rayonlarından olan vətəndaşlarla görüşüb. “Qafqazinfo” xəbər verir ki, qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən təşkil olunub.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Ağcabədi rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.

Ağcabədi Elektrik Şəbəkəsinin inzibati binasında baş tutan görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, həmçinin, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Qeyd edək ki, “Azərişıq” ASC-nin həyata keçirdiyi bütün tədbirlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, həmçinin, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.