Vüqar Əhmədov Şamaxı və Qobustan sakinlərinin müraciətlərini dinlədi

Vüqar Əhmədov Şamaxı və Qobustan sakinlərinin müraciətlərini dinlədi
Oxunma sayı: 996

Fevralın 21-də “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Şamaxıda vətəndaşları qəbul edib.  Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə,qəbulda Şamaxı  və Qobustan rayonlarından olan vətəndaşlar iştirak ediblər.
 
Əhalinin müraciətlərini dinləyən V.Əhmədov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar strukturlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib.
 
Məlumata görə qəbula yazılanların əksəriyyəti Şamaxı və Qobustan kəndlərində elektrik şəbəkəsinin yenidən qurulması üçün son zamanlar “Azərişıq” ASC tərəfindən görülən işlərə görə minnətdarlıq ifadə ediblər. Sakinlər bildiriblər ki, Prezident İlham Əliyevin bölgələrdə elektrik enerjisi təchizatını Bakının səviyyəsinə qaldırmaq barədə verdiyi göstərişin yerinə yetirilməsinin nəticələrini artıq Şamaxı və Qobustan kəndlərinin sakinləri  görməkdədir. Onlar evlərinin elektrik enerjisi ilə keyfiyyətli və dayanıqlı şəkildə təmin edilməsinə görə ölkə başçısına minnətdarlıqlarını çatdırıblar.
 
 Qəbulda vətəndaşların əlavə araşdırma tələb edən müraciətləri də nəzarətə götürülüb, onların operativ həlli üçün müvafiq struktur bölmələrə yönəldilib. “Azərişıq” ASC-nin fəaliyyətinə aid olmayan müraciətlər isə qeydə alınıb, onların aidiyyatı üzrə göndəriləcəyi bildirilib.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi