Milli Məclisin bu gün keçirilən plenar iclası öz işinə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, ilk olaraq iclasın gündəliyində Hesablama Palatasının illik hesabatı müzakirəyə çıxarılıb.
Hesabat barədə Palatanın sədri Vüqar Gülməmmədov məlumat verib. O qeyd edib ki, ötən ilin 53 audit tədbirindən 3-ü məxfi qaydada aparılıb: “ 5 tədbir isə Dövlət Sosial Müdafiə Fondunda aparılıb. Audit tədbirləri nəticəsində 10,2 milyardı yəni 60, 5 faizini dövlət büdcəsinin xərcləri təşkil edir”.
***
O, həmçinin qeyd edib ki, hesabat ilində audit tədbirləri nəticəsində 714 nöqsan qeydə alınıb: “Hesabat ilində dövlətə dəyən ziyan büdcəyə qaytarılıb. Son 5 ildə 69,5 milyon manat büdcəyə, 2.2 milyon manat təşkilatlara, 2,6 milyon manat isə Sosial Müdafiə Fonduna qaytarılıb. Ümumilikdə isə 72,1 milyon manat ziyan bərpa edilib”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər