“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, iyulun 24-də Vüqar Həşimovun ad günündə start götürən turnirdə 12 yaşadək şahmatçılar mübarizə aparıblar.
Gərgin idman mübarizə şəraitində keçən turnirdə fəxri kürsünün ən yüksək pilləsinə 9 oyundan 7,5 xal toplayan Bakı şahmatçısı Kənan Qarayev qalxıb. Vüqar Həşimov kuboku ilə təltif olunan K.Qarayev, eyni zamanda, Batumidə keçiriləcək 12 yaşadək şahmatçıların şəxsi Avropa çempionatında iştirak hüququ qazanıb.
Gümüş medalın qalibi eyni xalı toplayan Rəvan Əliyev olub. O, “Baku Open - 2014” beynəlxalq turnirinə vəsiqə qazanıb.
Bürünc mükafata layiq görülən Məhəmməd Muradlı isə “Naxçıvan Open - 2015” beynəlxalq şahmat festivalında iştirak hüququ əldə edib.
Turnirdə, həmçinin müxtəlif nominasiyalar üzrə qaliblər təltif ediliblər. Hər yaş qrupunun qalibləri olan oğlanlar və qızlar qiymətli hədiyyələr, medallar və diplomlarla təltif olunublar.
Doqquz turdan ibarət olmaqla keçirilən Vüqar Həşimov memorialında 94 yeniyetmə şahmatçı mübarizə aparıb.