“Vüqar Həşimov şəxsiyyət idi” - - Hikaru Nakamura

vuqar-hesimov-sexsiyyet-idi-
Oxunma sayı: 2655


“Qafqazinfo” sayta istinadən xəbər verir ki, ABŞ nümayəndəsi Vüqar Həşimova öz münasibəti barədə danışıb və aprelin 20-də Şəmkirdə başlanmış şahmat turnirində qələbə əzmində olduğunu bildirib. Hikaru Nakamura xatırlayır: “Vüqar Həşimovla cəmi bir dəfə - 2012-ci ildə Veyk-an-Zeyada söhbətimiz olmuşdu. Bu onun son turniri idi və mən onunla sonuncu turda oynayırdım. Onu yaxşı tanımırdım, amma onun oyununa yaxşı bələd idim, hansı stilə üstünlük verməsini bilirdim. İnternetdə çox oynayırdı, düşünürəm ki, biz uzun illər boyu bir neçə yüz partiya oynamışıq. Belə istedadlı insanı itirmək - həqiqətən böyük faciədir. Düşünürəm ki, bu səbəbdən, insan, vaxt var ikən özünün bütün imkanlarını reallaşdırmalıdır. Zənnimcə, Vüqar Həşimov bunu edə bildi. Uzun illər boyu onun sağlamlığı ilə bağlı problemləri var idi, amma buna baxmayaraq, yüksək səviyyədə çıxış edirdi. Vüqar Həşimov planetin ən yaxşı şahmatçılarından biri idi. Mən, əlbəttə, buna nail ola bilmərəm. Məncə, bu, Vüqarın əsl şəxsiyyət olmasına, onun qabiliyyətlərinə, hər işə necə yanaşmasına dəlalət edir”.
Hikaru Nakamura deyib: “Bu turnirin Vüqar Həşimova həsr edilməsi çox düzgün addımdır. Böyük şahmatçıların heç də hamısına ayrıca turnir həsr edilmir. Vüqar Həşimov Azərbaycanın idman qəhrəmanı idi. O, qısa vaxt ərzində çox iş görə bilmişdi”.

Hikaru Nakamura bu yaxınlarda Sürix superturnirindəki oyunu ilə müqayisədə Şəmkir turnirində daha yaxşı oynamağı planlaşdırır.

Hikaru Nakamura daha sonra deyib: “Düşünürəm ki, Azərbaycanda mən daha yaxşı çıxış edəcəyəm. İndi mən özümü Veyk-an-Zeyaya və Sürixə yola düşdüyüm vaxtla müqayisədə daha yaxşı hiss edirəm. Ona görə qarşıdakı turnirdə öz perspektivlərimə nikbin baxıram”.

Xatırladaq ki, görkəmli Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr edilmiş Şəmkir şahmat superturnirinin “A” turnirində Hikaru Nakamuradan başqa dünya çempionu Maqnus Karlsen (Norveç), Fabiano Karuana (İtaliya), Sergey Karyakin (Rusiya), Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov (hər ikisi - Azərbaycan) da iştirak edir. Əsas turnirin mükafat fondu 100 min avro təşkil edir.
Paralel olaraq keçirilən “B” turnirində on şahmatçı iştirak edir: Van Hao (Çin), Radoslav Voytaşek (Polşa), Etyen Bakro (Fransa), Aleksandr Motılyov (Rusiya), Pavel Elyanov (Ukrayna), həmçinin Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüfəo (Fransa), Aleksandr Motıleqseynov, Vasif Durarbeyli, Nicat Abbasov (hamısı Azərbaycandan). “B” turnirinin mükafat fondu 30 min avro təşkil edir.