Vüqar Həşimova həsr edilmiş turnir başladı

vuqar-hesimova-hesr-edilmis-turnir-basladi
Oxunma sayı: 819


“Qafqazinfo”nun məlumatına görə, Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Vüqar Həşimovun nailiyyətlərini xatırladaraq vurğulayıb ki, 2009-cu ildə Avropa çempionatında bu şahmatçı yeddi saat davam etmiş gərgin mübarizədən sonra rəqibini məğlub edərək, Azərbaycan yığmasının qələbəsində çox mühüm rol oynayıb. 

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov “ShamkirChess 2014” turnirindən sonra Şəmkirin bütün dünyada tanındığını deyib. 

Daha sonra Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov yarışın əhəmiyyətindən danışıb və püşkatma mərasiminə start verib. Püşkatmanın nəticələrinə görə, birinci turda Maqnus Karlsen Vişvanatan Anand, Şəhriyar Məmmədyarov Fabiano Karuana, Rauf Məmmədov Maksim Vaşye-Lagrav, Uesli So Aniş Giri, Vladimir Kramnik Maykl Adams ilə qarşılaşacaq.

Yarış aprelin 26-dək davam edəcək.