Vüqar Həşimovla vida mərasimi keçiriləcək

vuqar-hesimovla-vida-merasimi-kecirilecek
Oxunma sayı: 1121


“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasından azerisport.az saytına verilən məlumata görə, Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişən şahmatçımızın cənazəsini Bakıya gətirmək üçün bu gün Almaniyaya və ya Haydelberqə yaxın olan Lüksemburqa xüsusi təyyarə yollanacaq.

 Sabah səhər saatlarında Həşimovun cənazəsi Bakıya gətiriləcək. Onunla vida mərasimi saat 11:00-dan 14:00-a qədər Respublika Şahmat Mərkəzində olacaq.

 Dəfn mərasimində Gənclər və İdman nazirliyinin rəsmiləri, Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi, hökümət və dövlət orqanlarının nümayəndələrinin iştirakı gözlənilir. Vüqar Həşimovla vidalaşmaq üçün Gürcüstan Şahmat Federasiyasının prezidenti Georgi Georqadze Bakıya səfər etməyi planlaşdırır.