Vüqar Həşimovun xatirə turnirində iştirak edəcək şahmatçılar bəlli oldu

vuqar-hesimovun-xatire-turnirinde-istirak-edecek-sahmatcilar-belli-oldu
Oxunma sayı: 1407

Dekabrın 18-dən 23-dək Bakıda keçiriləcək Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq super turnirdə iştirak edəcək şahmatçıları adı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və David Navara (Çexiya) mübarizə aparacaq.

Turnirin reytinq favoriti ABŞ təmsilçisi Fabiano Karuana və hindistanlı sabiq dünya çempionu Vişvanatan Ananddır. ABŞ şahmatçısı 2770 reytinq əmsalı ilə rapid, V.Anand isə 2825 reytinq əmsalı ilə blits turnirinin reytinq favoritidir.

Şahmatçılar turnirdə rapid və blits üzrə yarışacaqlar. Qalib hər iki turnirin yekun nəticəsinin cəminə əsasən məlum olacaq.