Qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess-2017" turniri start götürüb. "Qafqazinfo" xəbər verir ki, bu gün yarışın açılış mərasimi təşkil olunub. Bunun ardından isə püşatma baş tutub.
Püşk nəticəsində 1-ci nömrə Radoslav Voytaşekin bəxtinə düşüb. Digər şahmatçılara isə aşağıdakı nömrələr düşüb:
Uesli So - 3
Vladimir Kramnik - 10
Sergey Karyakin - 4
Şəhriyar Məmmədyarov - 8
Maykl Adams - 9
Pentala Harikrişna - 7
Pavel Elyanov - 5
Veselin Topalov - 2
Teymur Rəcəbov - 6
Beləliklə, ilk turda təmsilçilərimizdən Teymur Rəcəbov ukraynalı Pavel Elyanovla, Şəhriyar Məmmədyarov isə hindistanlı ABŞ şahmatçısı Uesli So ilə üz-üzə gələcək.
Digər cütlüklər isə belə müəyyənləşib:
Radoslav Voytaşek(Polşa) - Veselin Topalov(Bolqarıstan)
Veselin Topalov(Bolqarıstan) - Maykl Adams(Böyük Britaniya)
Sergey Karyakin(Rusiya) - Pentala Harikrişna(Hindistan)
Son xəbərlər
Son Xəbərlər