"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Vüqar Hüseynov adlı şəxs tutulub. O, bundan əvvəl tutulmuş 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynovun qardaşıdır.
V.Hüseynov ifadəsinin alınması üçün Abşeron Rayon Prokurorluğuna aparılıb. Onun baş verən cinayətdə əlinin olub-olmaması araşdırılır.
Qeyd edək ki, Fədail, Vüqar və Nuru Hüseynov qardaşları Abşeron rayon Saray qəsəbəsində ev və torpaq alqı-satqısı ilə məşğul olub və bələdiyyə sədri V.Əbilhəsənovanın yaxın adamları kimi tanınıb. Hadisə zamanı V.Əbilhəsənova və onun həyat yoldaşı qətlə yetiriləndən sonra evdən pul və heç bir qiymətli əşyalar oğurlanmayıb. Bu isə hadisənin tamah məqsədilə törədilmədiyini deməyə əsas verir.
Hadisə ilə bağlı Abşeron Rayon Prokurorluğunda başlanan araşdırmalar davam etdirilir.
***
Dəhşətli qətlə görə polis tərəfindən saxlanılan Vüqar Hüseynovun hüquqi nümayəndəsi Kənan Əliyev “Qafqazinfo” ilə əlaqə saxlayıb. Bildirib ki, V.Hüseynovun ifadəsinin alınması üçün Abşeron Rayon Prokurorluğuna aparılması barədə yayılan məlumatlar yanlışdır: “Vüqar Hüseynov bir aydan çoxdur ki, Azərbaycanda yaşamır. O xaricə köçüb. Bu cinayətdə onun iki qardaşının da adı keçir. Amma Vüqarın bu məsələyə aidiyyatı yoxdur. Biz özümüz də bu qətl xəbərini eşidəndən bəri şoka düşmüşük. Hadisənin hansı səbəbdən baş verdiyini bilmirik. Hazırda istintaq gedir və istintaqın nəticəsində hər şey bəlli olacaq”.
Son xəbərlər
Son Xəbərlər