Bakı "İnter"i ilə müqaviləsi başa çatan Vüqar Nadirovun yeni komandasının adına aydınlıq gəlib.
"Qafqazinfo" sportal.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçu "Neftçi" ilə ilkin razılığa gəlib. 29 yaşlı futbolçunun paytaxt klubu ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, "İnter"dən ayrılan Kamran Ağayev də "Neftçi" ilə ilkin razılığa gəlib.
Son xəbərlər
Son Xəbərlər