Vüqar Nadirov rəsmən “Qəbələ”də

vuqar-nadirov-resmen-qebelede
Oxunma sayı: 1892

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb. “Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qırmızı-qaralar" Azərbaycan millisinin futbolçusu Vüqar Nadirovu rənglərinə bağlıyıb.

Hücumçu ilə 2015-ci ilin sonunadək anlaşma əldə olunub. 28 yaşlı hücumçu “Qəbələ”yədək “Qarabağ” (2001-2005, 2009-2015), "Xəzər Lənkəran" (2005-2008) “Masallı” (2008) və “Karvan"da (2008-2009) çıxış edib. 2015-ci ilin yayında “Xəzər Lənkəran”a keçən Nadirov Azərbaycan milli komandasında 61 qarşılaşmada 4 qol vurub.