Vüqar Nadirov rəsmən “Səbail”də

vuqar-nadirov-resmen-sebailde
Oxunma sayı: 1590

“Qarabağ”ın və Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Nadirovun “Səbail”ə keçidi rəsmiləşib.

“Qafqazinfo” xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
 
Son klubu “Qarabağ” olan təcrübəli oyunçu milli komandamızın heyətində 61 oyuna çıxıb. Vüqar Nadirov indiyədək “Karvan”, “Masallı”, “Xəzər Lənkəran", “Qəbələ”, “İnter” kimi klubların heyətində də çıxış edib.
 
Qeyd edək ki, “Səbail” daha öncə Kamal Qurbanov, Emin Mehdiyev, Yamin Ağakərimzadə, Aqşin Muxtaroğlu və Raul Yaqubzadənin də transferini rəsmən açıqlamışdı.