Vüqar Nadirov və Ruslan Abışovun yeni klubları

vuqar-nadirov-ve-ruslan-abisovun-yeni-klublari
Oxunma sayı: 1846

FİFA-nın qoyduğu qadağalara görə “Xəzər Lənkəran”da çıxışı alınmayan milli üzvləri Vüqar Nadirov və Ruslan Abışovun cənub klubundan ayrıldığını xəbər vermişdik.

“Qafqazinfo”nun Apasport.az-a istinadən məlumatına görə, hər iki futbolçu artıq özlərinə yeni klub tapıblar.
Belə ki, cənubluların düşərgəsini tərk edən futbolçular bundan sonra karyeralarını birlikdə davam etdirə bilərlər. Milli üzvləri “Qəbələ”nin maraq dairəsindədi. 

Tərəflər bu gün danışıq masasına oturacaqlar. Roman Qriqorçukun da heyətdə görməyi çox istədiyi hər iki futbolçu ilə razılıq əldə olunacağı gözlənlir.

Anlaşmaya mane olacaq yeganə cəhət isə futbolçuların ancaq daxili birincilikdə oynaya biləcək olmalarıdı.