Vüqar Qurbanovun yeni müşaviri o oldu - Foto

vuqar-qurbanovun-yeni-musaviri-o-oldu
Oxunma sayı: 6098

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov özünə yeni müşavir təyin edib.

“Qafqazinfo” Unikal-a istinadən xəbər verir ki, bununla bağlı Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, müşavir vəzifəsinə Səkinə Sadıxova təyinat alıb.

Qeyd edək ki, S.Sadıxova Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsində çalışıb. O, 2023-cü ilin dekabr ayında işdən çıxarılmışdı.