Vüqarın komandasından 15:0 hesablı qələbə

vuqarin-komandasindan-150-hesabli-qelebe
Oxunma sayı: 2208

Latviya 1-ci Liqasında 16-cı turun oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” doğma meydanda “Prielu” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 15:0.

Vüqar start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

Həm komandasının, həm də bütövlükdə çempionatın bombardiri olan Əsgərov bu oyunda bir dəfə fərqlənib və cari mövsümdə vurduğu qolların sayını 23-ə çatdırıb.

Qeyd edək ki, “Dauqavpils” 16 turdan sonra 40 xalla 12 kollektiv arasında ikinci pillədə qərarlaşıb.