Xəbər verdiyimiz kimi bu gün Azərbaycanın istedadlı şahmatçısı Vüqar Həşimov dünyasını dəyişib.
"Qafqazinfo" xəbər verir ki, son müsahibəsini iki ay əvvəl azərisport.az saytına verən Vüqar gələn il şahmata qayıdacağını bildirmişdi:
"Gələn il vətənə qayıdacam.Düzü, şahmat oynamağımda heç bir maneə yoxdu. Almaniyalı həkimlər deyirlər ki, nə vaxt istəsəm, başlaya bilərəm.Hər şey qaydasındadı. Şükür Allaha, səhhətim gündən-günə yaxşılaşır. Müalicəm, hələ ilin sonunadək davam edəcək..."
O, 1986-cı il iyulun 24-də Bakıda anadan olub. FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşıb. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub. Ölkə şahmatının ən parlaq ulduzlarından olan Vüqar Həşimov uzun müddətdir yaşamaq uğrunda mübarizə aparırdı.
Qeyd edək ki, şahmatçının başında bədxassəli şişin olduğu deyilirdi.
"Qafqazinfo" istedadlı idmançının fotolarını təqdim edir:
Son xəbərlər
Son Xəbərlər