Vurduğu sillə aktyorun çənəsini çıxardı, serialın çəkilişləri dayandırıldı

vurdugu-sille-aktyorun-cenesini-cixardi-serialin-cekilisleri-dayandirildi
Oxunma sayı: 6503

Fox TV-də yayımlanan məşhur “Masumiyyet” serialının qəhrəmanı Hülya Avşarın (Hale Ilqaz) ssenariyə uyğun olaraq vurduğu sillə aktyor Ertuğrul Postoğluyu (İsmail Ilqaz) xəstəxanalıq edib.

“Qafqazinfo” xəbər verir ki, Avşarın sərt əl hərəkəti həmkarının çənəsinin çıxması ilə nəticələnib. 54 yaşlı aktyor təcili olaraq xəstəxanaya aparılıb. Postoğluya Hülya Avşarın əmisi oğlu Dr. Erol Avşar müdaxilə edib.

Xəstəxanada müalicə alan aktyor bir müddət sonra yenidən çəkiliş meydançasına qayıda biləcək. Hadisədən sonra “Masumiyyet”in də çəkilişləri müvəqqəti olaraq dayandırılıb.