“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, yanvarın 24-də Qobustan rayonunun Xilmilli kəndində Qəbələ rayon sakini İdris Murtuzov, Abşeron rayon sakini Şəmsəddin İsayev, Bakı şəhər sakinləri İlqar Yusifov və Rəhman Əhmədov ov edərkən Ş.İsayevə məxsus tüfənglə ehtiyatsız davranan İ.Murtuzov açdığı atəşlə R.Əhmədova bud nahiyəsindən xəsarət yetirib və nəticədə R.Əhmədov xəstəxanaya yerləşdirilib.
Qobustan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Ş.İsayevdən “Vursan” markalı, İ.Yusifovdan “Churchill” markalı müvafiq sənədləri olan ov tüfəngləri götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər