Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görı, fevralın 10-da saat 17 radələrində rayonun Zığ şosesində naməlum avtomobilin sürücüsü yolu keçən piyada - Bərdə rayon sakini, 1998-ci il təvəllüdlü Mehdiyev Ovcan Aqil oğlunu vurub hadisə yerindən qaçıb. O.Mehdiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb
Fakta görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin “Opel” markalı 90-LO-571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü - Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Quliyev Anar Nüsrət oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından, o, tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər