“Qafqazinfo” xəbər verir ki, nüfuzlu BBC şirkətinin dünyanın 200-dən çox ölkəsinə yayımlanan “Outlook” verilişi Ukraynada vurulan Malayziyanın MH17 təyyarəsinin taleyini 1991-ci il noyabrın 20-də Qarabağın Xocavənd rayonu ərazisində vurularaq yerə salınan Mi-8 helikopteri ilə müqayisə edib. Qarakənd faciəndə atasını itirən və bu hadisələri araşdıran “Sülh missiyası” və “Sülh missiyası – 2” filmlərinin müəllifi olan Sevinc Osmanqızı Malayziya təyyarəsində olduğu kimi Qarabağda da Azərbaycanlı müstəntiqlərin əraziyə buraxılmasında yaşanan problemlərdən danışıb. Verilişdə artıq hadisə yerinə yetişən azərbaycanlı müstəntiqlərlə Rusiyalı hərbi nümayəndələr arasında yaşanan mübahisədən parça da səsləndirilib.
Sevinc Osmanqızı helikopter faciəsinin Azərbaycanla Ermənistan arasında imzalanmalı olan sülh razılaşmasından 2 gün əvvəl baş verdiyini vurğulayıb. BBC-nin tanınmış aparıcısı Mətyu Bannister məhz helikopter faciəsindən bir neçə gün sonra Azərbaycanıa Ermənistan arasında 20 min insanın həyatına bais olan müharibənin başlandığını deyib. “Atamın vertolyotu vurulub” adlanan veriliş BBC-də 2 gün ərzində 3 dəfə yaymlanıb.
Son xəbərlər
Son Xəbərlər