Vurulan piyada xəstəxanada öldü

vurulan-piyada-xestexanada-oldu
Oxunma sayı: 1080

Sabunçu rayonunda aprelin 19-da avtomobillə vurulan piyada vəfat edib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, saat 17 radələrində Sabunçu rayonunun H.Hacıbəyov küçəsində Bakı şəhər sakini Sahil Babayev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Həcər Fərhadovanı vurub.

Xəstəxanaya yerləşdirilmiş H.Fərhadova aprelin 20-də orada ölüb. Araşdırma aparılır.

Murad Əhməd