Topaz Premyer Liqasının 22-ci turunun son qarşılaşmasında səfərdə “Rəvan” üzərində minimal hesablı qələbədən sonra “Qəbələ”nin futbolçusu Sergey Zenyov jurnalistlərin suallarını cavablandırıb. “Qafqazinfo” xəbər verir ki, estoniyalı futbolçu ağır oyun keçdiyini deyib:
- Çox ağır oyun oldu. İndiki vəziyyətdə əsas 3 xalı bayram etməkdi. Şükürlər olsun ki, qalib gəldik və aktivimizdəki xalların hesabını zənginləşdirdik.
- Nəyə görə autsayderlərlə oyunlarınız belə ağır alınır?
- Bilmirəm, izah tapa bilmirəm.
- İki epizodda ayağının ağrıdığını hiss etdirdin...
- Həqiqətən ağrılar hiss edirəm.
- Son vaxtlar zədən zədə üstünə gəlir...
- Vururlar, məni pis vururlar.
- Bəlkə bu, yaxşı oynamağınla əlaqədardı?
- Deyə bilmərəm (gülümsəyir).
- Qış fasiləsindən sonra daha xoş təsir bağışlayırsan...
- Nə deyim. Hazırlıqlarda var gücümlə məşq etmişəm. Çalışırdım ki, bu dövrədə yaxşı işləyim. Ümid edirəm ki, növbəti görüşlərdə də hər şey istədiyimiz kimi davam edəcək. Ən önəmlisi qələbələrdi.
- Ardıcı 3-cü qələbəni qazandınız. Demək olarmı ki, kollektivdə hər şey qaydasındadı?
- Əlbəttə, qələbə özünəinam hissi gətirir. Və hər növbəti qələbədən sonra əhval-ruhiyyə daha da yaxşılaşır. İnanıram ki, qarşıdakı oyunlarda bundan da yaxşı olacaq.
- Qismətə bax, Antonov zədələndikdən sonra qələbələri sıralayırsınız...
- Əminəm ki, bu, Alekseyin yoxluğu ilə heç cür əlaqəli deyil.
- Komandanın perspektivlərini necə görürsən?
- Qələbə, qələbə, qələbələr və ancaq qələbələr!
Son xəbərlər
Son Xəbərlər