Martın 3-də, saat 19:00-da "HUMAN Foundation" əlil arabasında idman rəqsləri üzrə Moskvada keçirilən "Qitələr Kuboku" yarışının qalibi Vüsalə Kərimovayla görüş təşkil edəcək.
“Qafqazinfo” xəbər verir ki, Vüsalə Kərimova bütün çətinliklərə baxmayaraq, necə uğur əldə etməyin açarları barədə danışacaq.
“YOU CAN” layihəsinin ilk iştirakçısı olan Vüsalə 15 yaşında onurğa sütunundan aldığı travmadan sonra əlil arabası istifadəçisidir.
İdmançı Tayvanda "Open Taipei City Cup" yarışmasında bürünc mükafatçı, Dünya Kuboku, Dünya və Avropa çempionatlarının iştirakçısı ve finalçısı, Qılıncoynatma üzrə Qadınlar arasında Azərbaycan ikincisi ve Beynəlxalq yarış iştirakçısıdır.
Vüsalə Kərimova hazırda Asan Xidmət Mərkəzinin əməkdaşı, “Əlil İdmançılara Dəstək İctimai Birliyi”nin katibi, Moskva Dövlət Humanitar İqtisad Universitetinin Hüquq fakültəsinin tələbəsidir.
Son xəbərlər
Son Xəbərlər