Vüsalə Muradovanın qərargahı Gəncənin hər bir küçəsidir - Fotolar

vusale-muradovanin-qerargahi-gencenin-her-bir-kucesidir
Oxunma sayı: 1061

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Vüsalə Muradova seçiciləriylə görüşüb problemlərini dinləməyə davam edir. 

“Qafqazinfo” xəbər verir ki, qarşılıqlı və səmimi şəraitdə keçən görüşdə Vüsalə Muradova seçiciləri maraqlandıran suallara cavab verib.

Seçicilər ümid dolu gözlərlə baxdıqları Vüsalə Muradovanı növbəti 5 ildə öz deputatları kimi görmək istəyiblər. Bunun üçün məntiqlərinə və ürəklərinin səsinə qulaq asıb iradələrini ortaya qoyaraq məhz Vüsalə Muradovaya səs verəcəklərini yekdilliklə bildiriblər.