Teleaparıcı Vüsalə Əlizadə ATV-də yayımlanan “Qardaşlar” serialından gedib.
“Qafqazinfo” xəbər verir ki, “Dəniz” obrazını canlandıran aparıcı ötən həftədən etibarən, serialda iştirak etmir.
Hətta, onun adı ekran işi başlayan zaman qeyd olunan aktyor heyəti siyahısından çıxarılıb.
Vüsalə “Qardaşlar”ın 75-ci bölümündə tamaşaçılarla vidalaşıb.
Xatırladaq ki, bir müddət əvvəl əməkdar artist Vəfa Zeynallı da ekran işindən gedib.


Son xəbərlər
Son Xəbərlər