Vüsalə verilişinin bağlanmasından danışdı

vusale-verilisinin-baglanmasindan-danisdi
Oxunma sayı: 3957


“Qafqazinfo”ya açıqlamasında teleaparıcı bildirib ki, bu haqda ona məlumat verilməyib: ““Günaydın”ın yeni mövsümdə yayımlanıb yayımlanmayacağını bilmirəm. Bu haqda “Space” televiziyası və verilişin rəhbərliyi qərar verə bilər. Mənə heç bir məlumat verilməyib. Əgər bağlanacaq deyiblərsə, bağlanacaq. “Günaydın”ın layihə rəhbəri deyiləm, yalnız aparıcısıyam. Bu mövsüm biz “Günaydın”la efirə qayıtmaq istəmirdik, başqa layihə vardı, amma proqram yenidən efirə getdi. Sözügedən veriliş iki il yayımlanıb, yenilik etmək lazımdır. Mənim başqa layihə planlarım var, hələ ki, tam açıqlama vermək istəmirəm, təsdiqini tapmayan şeylər haqda danışmağı sevmirəm”. 

Kərimova verilişdə Əziz Musaoğlu-Mətanət Əsədova qalmaqalına müdaxilə etmədiyi üçün onu qınayanlara da cavab verib: “Məni qınayanlar kimlərdir? Məni cəmiyyət və cəmiyyətin nümayəndələri qınayır. Mənim işimi cəmiyyətin hər hansı nümayəndəsi deyil, jurnalistlər, aparıcılar, media işçiləri başa düşə bilər. KİV nümayəndələri tənqid etsə, onlara cavab verərəm. Qeyrilərinə cavab vermək niyyətim yoxdur”. 

Tepeaparıcı Mətanət Əsədovanın onu məhkəməyə verməsi haqda açıqlamasına da münasibət bildirib: “Mətanət Əsədova məni məhkəməyə verirsə, versin. Nə vaxtdır ki, gülmürəm. Yerinə düşər gülərəm”. 

Könül