Vyanada Ermənistan-Türkiyə danışıqları oldu - Yenilənib

vyanada-ermenistan-turkiye-danisiqlari-oldu
Oxunma sayı: 1780

Vyanada Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında görüş başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan öz tviter hesabında paylaşıb.

Xəbəri rus dilində oxuyun: Купи квартиру у метро и ​​получи гараж в подарок - Фото+Видео

Qeyd edək ki, Ermənistan və Türkiyə 2021-ci ilin dekabrında iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndələr təyin ediblər. Türkiyə tərəfindən sözügedən nümayəndə ölkənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç, Ermənistan tərəfindən isə parlamentin vitse-spikeri Ruben Rubinyan təyin olunub. Tərəflər artıq üç dəfə danışıqlar aparıb. Danışıqların ilk raundu Moskvada, digər ikisi isə Vyanada keçirilib. Sonuncu görüş isə mayın 3-ü Vyanada baş tutub.

***

Vyanada baş tutan danışıqlardan sonra Türkiyə və Ermənistan arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılmasına razılıq verilib.