Vyanada güclü partlayış, 12 yaralı - Video

Vyanada güclü partlayış, 12 yaralı
Oxunma sayı: 1294

Avstriyanın paytaxtı Vyana şəhərində güclü partlayış baş verib. 

“Qafqazinfo”nun xarici mətbuata istinadən məlumatına görə, insident şəhərin Presqas küçəsində Bakı vaxtı ilə saat 18:30-da qeydə alınıb. Hadisə nəticəsində iki bina zədələnib, digərində isə bir neçə mərtəbə aşıb.  

İki nəfərin ağır, daha on nəfərin isə yüngül xəsarət aldığı bildirilir. Sakinlər təhlükəsiz əraziyə təxliyə olunub. 

İlkin məlumatına görə, partlayışa səbəb məişət qazının sızması olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi