Vyanada Xocalıya ədalət tələb olundu

vyanada-xocaliya-edalet-teleb-olundu
Oxunma sayı: 716


"Qafqazinfo"ya daxil olan məlumata görə, "Xocalıya ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində baş tutan aksiyada təşkilatın üzvləri, bu ölkədə yaşayan soydaşlarımız və türk diasporunun nümayəndələri iştirak ediblər.

Vyananın mərkəzi Ştefan meydanında qurulan çadırda Xocalı soyqırımını və ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı işğalı barədə gerçəklikləri əks etdirən müxtəlif dillərdə kitablar, broşürlər və digər informasiya materialları nümayiş etdirilib. Tələbə cəmiyyətinin üzvləri üzərində “Xocalıya ədalət” yazılmış böyük ölçülü şüarla meydandan keçən insanların diqqətini aksiyaya yönəltmiş, maraq göstərən insanları, Ermənistanın işğalçı siyasətinin agır humanitar nəticələri, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, “Xocalıya Ədalət” kampaniyasının məram və məqsədləri haqqında daha ətraflı məlumtalandırmışlar. Meydanda quraşdırılmış ekranlarda Xocalı soyqırımı haqqında video və fotomateriallar, o cümlədən, sənədli filmlər nümayiş olunub.

Sonra tədbir iştirakçıları Vyana şəhərinin mərkəzi küçələri ilə Ştefan meydanından Avstriya parlamentinin önünə qədər yürüş etmiş, eləcə də şəhərin mərkəzi küçələri, Prezident Administrasiyası, Nazirlər Kabineti, bir sıra nazirliklər və mühüm dövlət strukturları yerləşən məkanlarda Xocalı faciəsi haqqında informasiya vərəqələrini Vyana sakinlərə paylamışlar.