"Sizin parlament seçkilərinizi təşkil etməyinizdən özümüz də çox şey öyrənmişik".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri Vyetnam parlamentinin üzvü Nghiem Vu Khai deyib. O bildirib ki, 4 gündür, Azərbaycandadırlar və şəffaf seçki prosesinin şahidi olub:
"Ölkədə olduğumuz müddət Bakı, Şəki və Qəbələdə olaraq seçkilərə hazırlıq prosesi ilə maraqlanmışıq. Bu gün də 5 məntəqədə olmuşuq. Heç bir namizədə qarşı ayrı-seçkilik olmayıb, hər hansı qanun pozuntusunun şahidi olmadım. Seçicilərlə də söhbət etmək imkanım oldu. Onların hamısı fəaldır və gənclərin Milli Məclisdə təmsil olunmasını istədiklərini bildirdilər. Canlı yayımın olması, dünyanın hər bir yerində insanlara imkan yaradır ki, seçki prosesini canlı izləsin. Qeyd etmək istəyirəm ki, ölkədə seçkilər kifayət qədər demokratik və uğurlu keçirilib".
Günel Hacı
Foto: Pərvin Zeynal

Son xəbərlər
Son Xəbərlər