Vyetnam “Sputnik V” vaksininin istifadəsini təsdiqlədi

vyetnam-sputnik-v-vaksininin-istifadesini-tesdiqledi
Oxunma sayı: 679

Vyetnam Səhiyyə Nazirliyi Rusiya istehsalı “Sputnik V” koronavirus peyvəndinin ölkədə təcili istifadəsinə icazə verib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu günə qədər Vyetnamda yalnız “AstraZeneca” peyvəndinə icazə verilib.

Səhiyyə naziri Nquen Than Lonqın sözlərinə görə, Vyetnam Rusiya ilə 60 milyon doza “Sputnik V” peyvəndinin tədarükü ilə bağlı danışıqları davam etdirir.

Həmçinin hökumət  2022-ci ildə 30 milyon doza peyvənd tədarükü üçün “Pfizer” şirkəti ilə də danışıqlar aparır.

Bundan əlavə, Vyetnam Səhiyyə Nazirliyi “AstraZeneca” ilə birbaşa razılaşma çərçivəsində bu il təxminən 30 milyon doz peyvənd almağı planlaşdırır.