Vyetnamda turistlərin avtobusu aşdı, 14 nəfər öldü

vyetnamda-turistlerin-avtobusu-asdi-14-nefer-oldu
Oxunma sayı: 1486

Vyetnamın mərkəzi Kuanq Bin əyalətində turist avtobusu aşıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, döngələrin birində idarəetməni itirən sürücü yoldan çıxıb və avtobus dərəyə yuvarlanıb. Nəticədə 9 nəfər hadisə yerində, 5 nəfər isə xəstəxanada dünyasını dəyişib. Avtobusda ümumilikdə 40 nəfər olub.

Onların əksəriyyətinin taleyindən xəbər yoxdur, axtarışlar davam etdirilir.